Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Aprel 2017 10:45

Azərbaycanın və Fransanın hərbi mütəxəssisləri arasında kibertəhlükəsizlik üzrə işçi görüşü keçirilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Fransa Respublikası Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Bakıda  kibertəhlükəsizlik üzrə mütəxəssislərin işçi görüşü keçirilir. 
Tədbirdə dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəsizlik və digər sahələrdə kibertəhlükəsizliyin  gücləndirilməsinin vacibliyi vurğulanıb.
Mütəxəssislər tərəfindən kibertəhlükəsizlik, onlayn təhlükəsizlik, şəbəkələrin etibarlılığı üçün həlledici təminat məsələləri ən mühüm istiqamətlərdən biri kimi qiymətləndirilib. Bu sahədə səmərəli beynəlxalq əməkdaşlıq, lazımi qərarların qəbulu və onların həyata keçirilməsi məqsədilə hər il regional və qlobal səviyyədə dövlət, qeyri-hökumət və beynəlxalq qurumlar tərəfindən müxtəlif tədbirlərin təşkilinin vacibliyi qeyd olunub.
İçi görüş aprelin 28-dək davam edəcəkdir.