Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2012 09:00

Azərbaycanın müdafiə nazirinin İran İslam Respublikasına rəsmi səfəri başa çatıb

Martın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasında rəsmi səfəri çərçivəsində İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əhməd Vəhidi ilə görüşüb. Sonra nazirlər media nümayəndələri üçün mətbuat konfransı keçiriblər.
Nazir Səfər Əbiyev İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadla da görüşüb.
Matın 13-də isə müdafiə naziri Səfər Əbiyev İran İslam Respublikasının Ali Təhlükəsizlik Şurasının katibi Səid Cəlili və xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb.