Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Yanvar 2022 17:08

Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edəcək

Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyəyə işgüzar səfərə yola düşəcək.
Səfər çərçivəsində Türkiyə Milli Müdafiə naziri ilə görüşdə regional təhlükəsizlik, iki qardaş ölkənin orduları arasında qarşılıqlı əlaqənin inkişafı, eləcə də hərbi-texniki, hərbi təhsil, hərbi tibb səhələri üzrə əməkdaşlıq və maraq doğuran digər məsələr müzakirə ediləcək.
Səfər fevralın 2-dək davam edəcək.