Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2016 09:00

Azərbaycanın Müdafiə naziri Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Noyabrın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.
Səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
Sonra türkiyəli diplomat ölkəsinin Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi, briqada generalı Zafer Ocakı nazirə təqdim edib.
Hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri ona ölkələrimizin Silahlı Qüvvələri arasında əlaqələrin genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi və digər məsələlər müzakirə olunub.