Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2022 14:25

Azərbaycanın müdafiə naziri ruandalı həmkarı ilə görüşüb

Sentyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Ruanda Respublikasının müdafiə naziri general-mayor Murasira Albert ilə görüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.