Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Oktyabr 2019 19:02

Azərbaycanın Müdafiə naziri NATO Baş Katibinin müavini ilə görüşüb

Brüsselə səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də NATO Baş Katibinin müavini cənab Mirça Coane ilə görüşüb.
Tərəflər Azərbaycan-NATO əməkdaşlığı və perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparıblar. M.Coane Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına, habelə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə öz minnətdarlığını bildirib, hərbi təhsil sahəsində və uyarlılıq platformasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində Azərbaycanın fəallığını yüksək qiymətləndirib.
Azərbaycanın Müdafiə naziri NATO-nun ölkəmizin ərazi bütövlüyünə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.