Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 2019 17:14

Azərbaycanın Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək

İyunun 5-də Rusiya Federasiyasının Anapa şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak etmək üçün iyunun 4-də Anapa şəhərinə yola düşəcək.
İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.