Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Aprel 2017 13:39

Azərbaycanın müdafiə naziri Çexiyanın ölkəmizdəki səfiri ilə görüşüb

Aprelin 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka ilə görüşüb.
Nazir regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin Azərbaycan ilə Çexiya arasında hərbi, hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.