Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Sentyabr 2016 09:00

Azərbaycanın Müdafiə naziri Çexiya Müdafiə nazirinin müavini ilə görüşüb

Sentyabrın 28-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində Müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çexiya Respublikası Müdafiə nazirinin müavini Yakub Landovski ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.