Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 2018 17:26

Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının açılış mərasimində iştirak edib

Moskva şəhərində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 28-də Alabino hərbi poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.

Qeyd edək ki, hərbçilərimiz ölkəmizdə keçirilən “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrində iştirak edirlər.

Bundan əlavə, hərbçilərimiz İranda keçirilən “Dərinlik” və Rusiyada təşkil olunan “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edirlər.