"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Oktyabr 2017 18:19

Azərbaycanın Müdafiə naziri Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

Oktyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Minsk şəhərində Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasla görüşüb.
Tərəflər ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi, hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edib, sıx qarşılıqlı əlaqələrin genişləndirilməsinin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.