Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 May 2021 11:00

Azərbaycanın Müdafiə naziri Belarus tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninə başsağlığı ünvanlayıb.
Başsağlığında deyilir: "Baranoviç şəhərində Yak-130 ekipajının faciəvi şəkildə həlak olması xəbəri məni çox kədərləndirdi.
Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olanların ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.