Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkəyə işgüzar səfəri çərçivəsində rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib.
Müdafiə naziri, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər qonaqlar Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyaraq, xatirəsinə ehtiram nümayiş etdiriblər.
General-polkovnik Z.Həsənov "Xatirə kitabı"na ürək sözlərini yazıb.
Müdafiə nazirinin Türkiyədə işgüzar səfəri davam edir.