Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyul 2017 19:17

Azərbaycanın Müdafiə naziri ABŞ Müdafiə katibinə başsağlığı verib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Missisipi ştatının Leflor əyalətində Dəniz Piyadaları Korpusuna məxsus KC-130 təyyarəsinin qəzası nəticəsində çoxlu sayda hərbi qulluqçunun həlak olması ilə bağlı Amerika Birləşmiş Ştatlarının Müdafiə katibi cənab Ceyms Mattisə başsağlığı ünvanlayıb.
Başsağlığında bildirilir: “Missisipi ştatının Leflor əyalətində Dəniz Piyadaları Korpusuna məxsus KC-130 təyyarəsinin qəzası nəticəsində çoxlu sayda hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən sarsıtdı.
Biz bu faciəli hadisədən çox kədərlənirik.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin.”