AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə nazirinin tapşırığına əsasən Azərbaycan Ordusunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib.
Hərbi qulluqçular əvvəlcə Milli Qəhrəmanın Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib. Sonra A.Aqarunovun Bakının Nərimanov rayonunda ucaldılmış abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub.