VİDEO" /> VİDEO">
AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı Moskvada keçirilən XII beynəlxalq hərbi-musiqi festivalında çıxışlarını davam etdirirlər.
Festivalın növbəti günü hərbiçilərimiz çıxışlarına əvvəlcə milli hərbi marşlarla başlayaraq Azərbaycan xalq musiqi nümunələrini də izləyicilərə nümayiş etdiriblər.
Xalq çalğı alətlərimiz - zurna və balabanın sədaları altında, milli geyimlərdə rəqsləri ifa edən hərbçilərimiz yerli və xarici tamaşaçıların rəğbətini qazanıblar.
On iki dövlətdən mindən artıq musiqiçi, vokalist və rəqqasın iştirak etdiyi festival sentyabrın 1-dək davam edəcək.