Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Sentyabr 2022 08:54

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında növbəti telefon danışığı olub

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub.
General-polkovnik Z.Həsənov həmkarını Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud əməliyyat şəraiti barədə ətraflı məlumatlandırıb və Ermənistan silahlı qüvvələrinin bütün təxribatlarının qarşısının  qətiyyətlə alındığını bildirib.
Cənab H.Akar öz növbəsində Türkiyə silahlı qüvvələrinin daima Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb.
Telefon danışığı zamanı Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.