Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Sentyabr 2014 09:00

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları döyüş uzlaşması imkanlarını yoxlayıblar

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri bu gün də davam edib.
Təlimlərdə iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları Azərbaycan pilotları ilə birgə ikiyerli döyüş-təlim MiQ-29 tipli qırıcı təyyarələrində ölkəmizin hava məkanındakı uçuş zonaları, ərazidəki hərbi aerodromların qalxma-enmə zolaqları, marşrut üzrə aeronaviqasiya vəziyyəti, uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçiriblər.
Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotlarının ikiyerli döyüş-təlim F-16 tipli qırıcı təyyarələrində Türkiyə pilotları ilə birgə uçuşları da icra olunacaq.
Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.
Qeyd edək ki, təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitələri, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edirlər.

Videonu bu linkdən istifadə edərək yükləyə bilərsiniz.