Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Sentyabr 2026 18:33

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Bakı Ekspo Mərkəzində "ADEX" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin bir sıra qabaqcıl müdafiə sənayesi şirkətləri ilə hərbi-texniki əməkdaşlığının inkişaf etdirilməsinə dair bir sıra görüşlər keçirilir. 
Sentyabrın 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Sudan Respublikasının müdafiə naziri general-leytenant Hassan Daoud Kabron Kayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlığın rolu, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.