Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Mart 2015 09:00

Azərbaycan və Sloveniya Müdafiə nazirlərinin görüşü keçirilib

Sloveniya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Müdafiə naziri cənab Yanko Veber ilə görüşüb.
Rəsmi qarşılanma mərasimində protokola uyğun olaraq Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü keçirilib.
Nümayəndə heyətlərinin geniş tərkibdə baş tutan görüşündə iki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib.
Danışıqlar bitdikdən sonra Müdafiə naziri Şərəf kitabını imzalayıb.
Sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib və Müdafiə nazirləri görüşün yekunları barədə medianı məlumatlandırıblar.