Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Müdafiə Nazirliyində general-leytenant Azər Əliyev ilə görüşüb.
Görüşdə Azərbaycan Ordusunda aparılan islahatlardan danışılıb, ordu quruculuğu sahəsində qabaqcıl təcrübənin öyrənilməsinin vacibliyi vurğulanıb, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonra qonaqlar Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət ediblər. Nümayəndə heyətinə müxtəlif mövzularda brifinqlər təqdim olunub.
Qonaqlar burada yaradılan şərait ilə tanış olub, mərkəzin fəaliyyəti barədə məlumatlar əldə ediblər.
Daha sonra Əməliyyat (Komando) hərbi hissələrindən birinə gələn özbəkistanlı nümayəndələr hərbi hissənin təlim-tədris mərkəzi və burada hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olublar.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.