Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyul 2022 15:00

Azərbaycan və İtaliya Müdafiə nazirliklərinin hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan və İtaliya Respublikalarının hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə ekspertlərinin görüşü keçirilib.
Görüşdə qonaqlara Azərbaycan Ordusunda hərbi-mülki əməkdaşlıq istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Hər iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq planına əsasən keçirilən görüşlərin səmərəliliyi qeyd olunub.
İtaliya tərəfi də öz növbəsində gələcəkdə də inkişaf perspektivlərinin müzakirəsində və mövcud qabaqcıl təcrübələrin öyrənilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Sonda xatirə şəkli çəkdirilib.