Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Oktyabr 2017 16:30

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2018-ci il üçün əməkdaşlıq planı imzalanıb

Belarusda səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 9-da bu ölkənin Müdafiə naziri general-leytenant Andrey Ravkovla görüşüb.
Rəsmi qarşılanma mərasimindən sonra müdafiə nazirlərinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşlərində tərəflər ikitərəfli münasibətlərin, xüsusilə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Nazirlər beynəlxalq və regional təhlükəsizlik problemləri, hərbi ekspertlərin qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.
Görüşün yekununda nazirlər Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2018-ci il üçün əməkdaşlıq planını imzalayıb.