Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Avqust 2017 12:20

Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib

Avqustun 30-da Berlin şəhərində Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası Müdafiə Nazirlikləri arasında qərargah danışıqları keçirilib.
Görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.