Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyul 2013 09:00

Azərbaycan-Türkiyə birgə təliminin açılış mərasimi keçirilib


İyulun 16-da Silahlı Qüvvələrin Qaraheybət Təlim Mərkəzində Azərbaycan-Türkiyə birgə təliminin açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Silahlı Qüvvvələrin Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Eyvaz Cəfərov Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirərək qeyd edib ki, hər iki ölkə rəhbərlərinin iştirakı ilə 2011-ci ildə İzmirdə, 2012-ci ildə isə Qəbələdə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasları mühüm əhəmiyyət daşıyır.
İlk dəfə keçirilən genişmiqyaslı birgə təlim yüksək səviyyədə qəbul edilmiş qərarların nəticəsidir. Tədbirdə həmçinin vurğulanıb ki, tərəflər bu birgə təlimi keçirməklə hər iki dövlət rəhbərliyinin qarşıya qoyduğu mühüm tapşırıqları icra etmiş olacaqlar. General-mayor Eyvaz Cəfərov onu da bildirib ki, bu təlimlər Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması, əməliyyat uzlaşmasının əldə edilməsi, o cümlədən regionda təhlükəsizlik və stabilliyin təmin edilməsi baxımından çox vacibdir.
Azərbaycan-Türkiyə birgə təlimləri bundan sonra hər il növbə ilə Azərbaycan və Türkiyədə keçiriləcək.