Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Dekabr 2019 20:40

Azərbaycan Respublikasının yeni Ombudsmanı Hərbi Liseydə olub

Azərbaycan Respublikası Müdafiə nazirinin və Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) təsdiq etdikləri birgə tədbirlər planına əsasən Ombudsman Səbinə Əliyevanın rəhbərliyi ilə aparatın əməkdaşları Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edib.
Qonaqlar əvvəlcə hərbi liseyin Heydər Əliyev Muzeyinə gələrək burada Ümummilli Liderin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyub. Muzeylə tanışlıqdan sonra Ombudsman muzeydəki xatirə kitabına öz ürək sözlərini yazıb.
Sonra qonaqlar hərbi liseyin tədris korpusu, tibb məntəqəsi, idman kompleksi, eləcə də kursant yataqxanası, yeməkxana və digər inzibati binalara baş çəkib.
Sonda hərbi liseyin klubunda şəxsi heyətlə görüş keçirilib, tədrisdə, nizam-intizamda fərqlənən kursantlara xatirə hədiyyələri təqdim olunub.