Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Dekabr 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə nazirini Bəhreyn Kralı qəbul edib

Bəhreyn Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovu Bəhreyn Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Əl Xəlifə qəbul edib.
Müdafiə naziri səmimi qəbul üçün Krala minnətdarlığını bildirərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamını çatdırıb, Bəhreyn xalqına daimi tərəqqi və rifah arzulayıb.
Əlahəzrət Şeyx Həməd bin İsa Əl Xəlifə öz növbəsində Müdafiə nazirini salamlayaraq Prezident İlham Əliyevə və Azərbaycan xalqına salamlarını çatdırmağı xahiş edib, ölkəmizə təkamül və inkişaf diləyib.
Bu cür səfərlərin ikitərəfli əməkdaşlığın möhkəmlənməsi, eləcə də xalqlarımız və ölkələrimiz arasında müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi üçün faydalı olduğunu vurğulayan Kral bütün səviyyələrdə, xüsusilə də hərbi və müdafiə sahələrində münasibətlərin genişləndirilməsinin tərəfdarı olduğunu bir daha qeyd edib.
Görüşdə regional və beynəlxal məsələlərə dair fikir mübadiləsi aparılıb.