Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Mart 2015 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Xorvatiyanın Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiya Respublikasına rəsmi səfəri başlayıb.
Xorvatiyanın Müdafiə Nazirliyində general-polkovnik Z.Həsənovun Xorvatiya Respublikasının Müdafiə naziri cənab Ante Kotromanoviç tərəfindən qarşılanma mərasimi keçirilib.
Protokola uyğun olaraq Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra nazirlərin görüşü keçirilib.
Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində və ikitərəfli əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.