Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Sentyabr 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Draqo Lovriçi qəbul edib.
Görüşdə ölkələrimizin yerləşdikləri regionlardakı hərbi-siyasi vəziyyət, hərbi-texniki və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.