Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Dekabr 2013 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib


Dekabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Aleksandr Mişşenkonu qəbul edib.
Səfir Müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edərək, ona gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüş zamanı regiondakı hərbi-siyasi vəziyyət, Ukrayna-Azərbaycan ikitərərfli əməkdaşlığı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Ukrayna Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Vladimir Mitin iştirak edib.