Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Mart 2015 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Sloveniya Prezidenti ilə görüşüb

Martın 13-də Sloveniya Respublikasının prezidenti cənab Borut Pahor Müdafiə naziri general-polkovnik Zakir Həsənovu qəbul edib.
Görüşdə ölkələrimiz arasında münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanaraq, səfərin uğurla keçdiyi, hərbi və müdafiə sahəsində əməkdaşlığa mühüm töhfə verəcəyi, o cümlədən əlaqələrin daha da genişlənəcəyinə ümidvar olunduğu bildirilib.
Tərəflər Silahlı Qüvvələrin bölmələrinin beynəlxalq əməliyyatlarda və missiyalarda iştirakına önəm verərək, hərbi qulluqçuların dil kurslarında və digər treninqlərdə hazırlığının əhəmiyyətini qeyd ediblər.
Görüşdə təhlükəsizlik və digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.