Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Noyabr 2013 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri şimal bölgəsində yerləşən hərbi hissələrə səfər edib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov şimal bölgəsində yerləşən hərbi hissələrə səfər ediblər.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin ərazisindəki ümummilli liderimiz Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq öz ehtiramlarını ifadə ediblər.
Sonra hərbi hissədəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana və məişət kompleksinə baş çəkilib, mövcud vəziyyətlə tanış olunub, əsgər və zabitlərlə görüşlər keçirilib.
Bölmələrin döyüş qabiliyyəti, əsgərlərin mənəvi-psixoloji durumu və onların sosial şəraiti, zabit və gizir heyətinin hazırlıq səviyyəsi, hərbi birləşmələrin maddi-texniki təchizatının vəziyyəti öyrənilib.
Müdafiə naziri döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi, silah-sursatla, hərbi texnika ilə davranışda təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması və sağlamlıqlarına diqqətin artırılması, o cümlədən hərbi hissələrin ərazisində aparılan quruculuq işlərinin davam etdirilməsi ilə əlaqədar tapşırıqlar verib.