Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Mart 2015 13:00

Azərbaycan Respublikasının Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub - VİDEO

Martın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti Novruz bayramı münasibəti ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Müdafiə Nazirliyinin rəhbərliyi hospitalın həyətində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.
Sonra hospitalın bölmə və şöbələrində yaradılmış şəraitlə tanış olunub, yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin rəhbərliyi hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları bayram münasibəti ilə təbrik edib.
Müdafiə naziri adından hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.