Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Sentyabr 2016 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Serbiya Respublikasının Müdafiə naziri ilə görüşüb

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Serbiya Respublikasının Müdafiə naziri Zoran Corceviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə Serbiya arasında hərbi təhsil, hərbi səhiyyə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də hərbi-texniki istiqamətində birgə layihələrin potensialı müzakirə olunub.