Dekabrın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Vladimir Doroxini qəbul edib.
Səfir Müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edərək, ona gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüş zamanı regiondakı hərbi-siyasi vəziyyət, Rusiya-Azərbaycan ikitərərfli əməkdaşlığı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Vladimir Çernenko iştirak edib.