Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Sentyabr 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin nümayəndə heyətini qəbul edib

Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin İdarə rəisi cənab Vladimir Artemyevi qəbul edib.
Görüşdə Azərbaycan-Rusiya hərbi-texniki sahədə mövcud əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.