Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Sentyabr 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Pakistan İslam Respublikasının Milli Mühəndislik və Elm Komitəsinin sədrini qəbul edib

Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Milli Mühəndislik və Elm Komitəsinin sədri cənab Mahammad İrfan Burneyi qəbul edib.
Müdafiə naziri Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu qeyd edib.
Qonaq səfərdən məmnun qaldığını bildirərək, Azərbaycan-Pakistan qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin keçirilməsinin zəruriliyini vurğulayıb.
Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.