Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığında olub

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanı və ABŞ-ın Avropadakı Qüvvələri Komandanı general Filip Bridlavın dəvəti ilə Belçika Krallığında rəsmi səfərdədir.
Səfərin ilk günü NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahında Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.
Müdafiə naziri general-polkovnik Z.Həsənovla general F.Bridlav arasında keçirilən görüşdə NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.
Sonra Azərbaycan nümayəndə heyəti Belçikanın Mons şəhərində yerləşən NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahının fəaliyyəti ilə də tanış olub.