Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Fevral 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləl Döyüşçülərin İşi üzrə Komitənin sədrini qəbul edib

Fevralın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləl Döyüşçülərin İşi üzrə Komitənin sədri Ruslan Auşevi qəbul edib.
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə Bakıda təşkil olunmuş yubiley tədbirində iştirak edən qonağı salamlayan Müdafiə naziri bildirmişdir ki, müharibə veteranlarının nümunəsi gənc nəsilin vətənpərvərlik ruhunda böyüməsi, Vətənini və xalqını müdafiə etməyə həmişə hazır olması üçün çox vacibdir.
Görüş zamanı döyüş təçrübəsinə malik azərbaycanlı Əfqanıstan veteranlarının Azərbaycanın Silahı Qüvvələrinin yaranmasında və inkişafında xüsusi rolunun olması və onların əksəriyyətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsində döyüşlərdə fədakarcasına iştirak etmələri xatırlanıb.
Komitə sədri R.Auşev veteranların gənclərin orduya hazırlanmasında, hərbi-vətənpərvərlik tərbiyəsində və Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində rolunun əvəzolunmaz olduğunu qeyd edib.
Sonda Müdafiə naziri ölkələrimiz arasında hərbi sahədə əlaqələrin inkişafı və möhkəmləndirilməsində göstərdiyi fəaliyyətlərinə görə Komitə sədri R.Auşevi "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib.