Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Sentyabr 2012 09:00

Azərbaycan Respublikasının müdafiə naziri Litva Respublikasına rəsmi səfər edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev bu gün Litva Respublikasına rəsmi səfər edib.
Azərbaycanın müdafiə nazirinin rəsmi qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib. Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə Litva Respublikasının milli müdafiə naziri Rasa Yunkiaviçene arasında təkbətək, sonra isə geniştərkibli görüş keçirilib. Görüşlərdə ölkələrarası hərbi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi qərara alınıb və Litva ilə Azərbaycan müdafiə nazirlikləri arasında yenilənmiş hərbi əməkdaşlıq haqqında saziş imzalanıb.
Görüşdə Azərbaycanın Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə də iştirak edib.
Azərbaycanın müdafiə nazirinin sabah Litva Respublikasının rəsmi şəxsləri ilə görüşü nəzərdə tutulub.