Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyul 2013 09:00

Azərbaycan Respublikasının müdafiə naziri Koreya Milli Assambleyasının nümayəndə heyətini qəbul edib


İyulun 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ölkəmizdə səfərdə olan Koreya Milli Assambleyasının nümayəndə heyətini qəbul edib.
Görüş zamanı ölkələr arasında yaranmış geniş əlaqələrdən məmnunluq ifadə olunub. Hərbi sahədə əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparılıb.
Naziri Səfər Əbiyev koreyalı qonaqları bölgədəki gərgin hərbi-siyasi vəziyyət barədə məlumatlandırıb. O qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində zəbt olunmuş Azərbaycan torpaqları 20 ilə yaxındır ki, geri qaytarılmır. Münaqişənin dinc yolla həllinə cəhdlər göstərilməsinə baxmayaraq Ermənistan təcavüzkar siyasətini yürütməkdə davam edir. Nazirin fikrincə, Minsk qrupunun fəaliyyəti də indiyədək nəticə verməyib. Nazir daha sonra bildirib ki, Azərbaycanın Silahlı Qüvvələrini gücləndirərək işğal olunmuş torpaqları azad etməkdən başqa yolu qalmır.
Koreyalı deputatlar Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayaraq hər iki ölkə arasında hərbi əməkdaşlığın qurulmasının önəmini də ifadə ediblər.
Görüşdə Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İn iştirak edib.