Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Sentyabr 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri İsrailin Müdafiə nazirini qəbul edib


Sentyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Müdafiə naziri cənab Moşe Yaalonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rafael Harpaz da iştirak edib.