Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Dekabr 2013 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib


Dekabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.
Görüşdə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələr, bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə İran İslam Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşesi polkovnik Əmir Fərəci Moez iştirak edib.