Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Yanvar 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub.
Müdafiə naziri hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsi, onların imkanları və effektiv istifadəsi, uçuş-enmə zolaqlarının, ərazidəki yardımçı bina və tikililərin mövcud vəziyyəti ilə tanış olub.
General-polkovnik Zakir Həsənov uçuş və mühəndis-texniki heyətlə keçirilən görüşdə hərbi qulluqçuların ruh yüksəkliyinin və döyüş əzminin bir daha şahidi olmuş, şəxsi heyətin diqqətinə peşəkarlığın daim artırılaraq onun yüksək səviyyədə saxlanılması və uçuş hazırlığının təkmilləşdirilməsilə əlaqədar tələbləri çatdırıb.
Xidmətdə fərqlənən hərbi qulluqçulara növbəti rütbələr verilib, şəxsi heyət medal və qiymətli hədiyyələrlə təltif olunub.
Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və keyfiyyətli yerinə yetirilməsi, hərbi şəhərcikdəki yaşayış və məişət şəraitinin yaxşılaşdırılması, hazırda həyata keçirilən və planlaşdırılan tədbirlərlə əlaqədar tapşırıqlar verib.