Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Sentyabr 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Fransa Respublikası Silahlandırma Baş İdarəsinin Beynəlxalq İnkişaf direktorluğunun nümayəndə heyətini qəbul edib

Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Fransa Respublikası Silahlandırma Baş İdarəsinin Beynəlxalq İnkişaf direktorluğunun nümayəndəsi general-mayor Jan-Kristov Nuronu qəbul edib.
Görüş zamanı Azərbaycan və Fransa arasında qarşılıqlı maraq doğuran hərbi və hərbi-texniki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönye də iştirak edib.