Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Dekabr 2013 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib


Dekabrın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Xun Tsuini qəbul edib.
Səfir Müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edib, ona Çin Milli Müdafiə nazirinin səmimi arzularını çatdırıb və gələcək işlərində uğurlar diləyib.
Görüş zamanı bölgədki hərbi-siyasi vəziyyət, Çin və Azərbaycan Silahlı Qüvvələri arasında əlaqələrin inkişafı perspektivləri və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Çin Xalq Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi baş polkovnik Lyu Xun iştirak edib.