Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Sentyabr 2016 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Bolqarıstanın İqtisadiyyat naziri ilə görüşüb

Sentyabrın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının İqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq münasibətlərinin dostluq və qarşılıqlı etimad şəraitində ilbəil uğurla inkişaf etdiyindən, o cümlədən hərbi sahədə də əlaqələrin genişləndirilməsindən məmnunluq ifadə olunub.
Qonaqlara regiondakı hərbi-siyasi vəziyyət barədə danışan Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı məlumat verib.
Bolqarıstanın iqtisadiyyat naziri də öz növbəsində ölkələrimiz arasında qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin inkişafından məmnunluğunu bildirib. Ölkələrimizin ənənəvi dostluq əlaqələrinə malik olmaqla yanaşı, Azərbaycanın həm də Bolqarıstanın mühüm strateji tərəfdaşı olduğunu vurğulayan B.Lukarski Bakıda keçirilən görüşlərin də bu əməkdaşlığa güclü təkan verəcəyinə əminliyini bildirib.
Görüşdə ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.