Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Fevral 2012 09:00

Azərbaycan Respublikasının müdafiə naziri Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) prezidentini qəbul edib


Fevralın 27-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) prezidenti polkovnik Hamad Kalkaba Malboumu qəbul edib.
Görüş zamanı Beynəlxalq Hərbi İdman Şurası ilə Azərbaycan Müdafiə Nazirliyinin perspektiv əlaqələri və 30 iyun - 16 iyul 2013-cü il tarixində Bakıda keçiriləcək futbol üzərə hərbiçilərin birinci dünya kuboku barədə ətraflı müzakirələr aparılıb. Nazir Səfər Əbiyev çempionatla bağlı öz təəssuratlarını bildirib və turnirin işinə uğur arzulayıb.