Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Sentyabr 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Belarusiya Respublikasının Müdafiə Nazirliyinin nümayəndələrini qəbul edib

Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Belarusiya Respublikasının Müdafiə nazirinin silahlanma üzrə müavini general-mayor İqor Lotenkovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.