Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Oktyabr 2013 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsini qəbul edib

Oktyabrın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Leforu qəbul edib.
Cənab Filip Lefor Azərbaycanın Avropa İttifaqı üçün ən vacib tərəfdaş ölkələrdən biri olduğunu bildirməklə yanaşı Müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik etmək fürsəti tapmasından məmnunluğunu söyləyib və ona gələcək işlərində uğurlar arzulayıb.
Regiondakı vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu görüşdə Müdafiə naziri Zakir Həsənov vurğulayıb ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycanın Respublikasının prezidenti cənab İlham Əliyevin ordu siyasətində qoyduğu hədəflər dəyişməzdir və güclü dövlət, güclü ordu siyasəti başlıca məqsəddir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyəti şərh edən Müdafiə naziri bildirib ki, biz torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarıyıq, lakin ərazilərimizin işğaldan azad etmək hüququnu da özümüzdə saxlayırıq.